Türkiyə hökumətindən reaksiya gəldi

28 Aprel 2014 19:48 (UTC+04:00)
Prezident İlham Əliyevin Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavaba, Türkiyə hökumətindən reaksiya gəlib.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun ANS-ə müsahibəsində deyib ki, İlham Əliyev bununla Azərbaycanla -Türkiyənin qardaşlığının sarsılmaz olduğunu bir daha göstərdi.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunun sözlərinə görə, Türkiyə bütün sahələrdə güclənir: "Eyni zamanda Türkiyə ilə birlikdə Azərbaycan da artıq güclü bir dövlət oldu. Azərbaycan prezidenti İlham Əliyevin "Şərq tərəftaşlığı" sammitində Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab bizi çox sevindirdi. Dünya bilməlidir ki, ortaq Türk tarixinə ləkə gətirə biləcək nə varsa, Azərbaycanla birlikdə çiyin-çiyinə mübarizə aparacağıq".

Türkiyə mediyası qəzet və internet portallarının baş xəbərinə çevrilən həmin açıqlamada isə İlham Əliyev Ermənistan prezidentinə belə demişdi: "Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz, amma mən buradayam, sizə cavab verirəm".

AzNews.az