Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov uduzdu

28 Aprel 2014 20:40 (UTC+04:00)
Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində səkkizinci turun oyunları davam edir.

ANS PRESS-in verdiyi məlumata görə, "A" qrupunda dünya çempionu Maqnus Karlsen (Norveç) Sergey Karyakinlə (Rusiya) heç-heçə oynayıb.

Teymur Rəcəbov Fabiano Karuana ilə görüşdə məğlub olub. Qrossmeysterimiz qara fiqurlarla oynayıb.

Şəhriyar Məmmədyarov isə sonuncu pillədən yaxa qurtarmaq üçün şahmat taxtası arxasına keçib. Amma şahmatçımız növbəti dəfə masa arxasından məğlub ayrılaraq, sonuncu pilləni tərk edə bilməyib.

VIII tur

Maqnus Karlsen - Sergey Karyakin - 0,5:0,5
Fabiano Karuana - Teymur Rəcəbov - 1:0
Şəhriyar Məmmədyarov - Hikaru Nakamura - 0:1

Turnir cədvəli:

Karlsen 5 xal;
Karuana 4,5 xal;
Rəcəbov, Karyakin, Nakamura 4 xal;
Məmmədyarov 2,5 xal.

"B" qrupunda
Vasif Durarbəyli Rauf Məmmədova (hər ikisi Azərbaycandan),
Pavel Elyanov (Ukrayna) Qədir Hüseynova (Azərbaycan),
Aleksandr Motılyov (Rusiya) Etyen Bakroya (Fransa) qalib gəlib,
Radoslav Voytaşek (Polşa) - Nicat Abbasov (Azərbaycan)
Eltac Səfərli (Azərbaycan) – Van Xao (Çin) heç-heçə oynayıblar.

"B" qrupunun turnir cədvəlində vəziyyət belədir:

P.Elyanov – 5,5 xal,
E.Bakro, Van Xao, V.Voytaşek, A.Motılyov – hərəyə 4,5 xal,
Q.Hüseynov – 4 xal,
N.Abbasov, V.Durarbəyli – hərəyə 3,5 xal,
R.Məmmədov – 3 xal, E.Səfərli - 2,5 xal.

AzNews.az