Kanada və Yaponiyadan Rusiyaya sanksiyalar - Siyahı

29 Aprel 2014 09:14 (UTC+04:00)
Kanada sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının adlarını açıqlayıb.

AzNews.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, sanksiyaya məruz qalan rusiyalı məmurlar bunlardır:

-Rusiya Prezident Administrasiyası başçısının müavini Viyaçeslav Bolodin
-Baş nazirin müavini Dmitriy Kozak

-Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov

-Dövlət Dumasının hərbi sənaye kompleksinin inkişafı üzrə komissiyasının sədri Aleksandr Babakov

-Rusiya Prezidentinin Krım üzrə səlahiyyətli nümayəndəsi Oleq Belavançev

-Federal Təhlükəsizlik Xidmətinin sədri Yevqeniy Murov

-Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski

-İş adamları Arkadiy və Boris Potenberq qardaşları

Bundan başqa Kanada Rusiyanın iki bankına - "Ekspobank" və "Rosenerqobank"a qarşı da sanksiya tətbiq edilməsi ilə bağlı qərar verib.

Kanadanın baş naziri Stiven Xarper isə deyib ki, həmin şəxslərin Kanadaya girişinə də qadağa qoyulub. Baş nazir bildirib ki, sanksiyaların tətbiqi Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti və hərbi təcavüzüdür. Bu arada Yaponiya da Rusiyaya qarşı sanksiya tətbiqi ilə bağlı qərar verib. Siyahıda 23 nəfərin adının olduğu bildirilir. Lakin siyahı ictimaiyyətə açıqlanmır.

Aydan Axundova
AzNews.az