Ailənin 7 üzvü tortdan zəhərləndi

29 Aprel 2014 10:33 (UTC+04:00)
Bakıda bir ailə tortdan zəhərlənib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə sakinləri Ramiz Hüseynov, arvadı Səmayə, qızı Minayə, gəlini Familə, nəvələri Məleykə, Kənan və Səmayə qidadan (tortdan) zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

AzNews.az