“Fətullah Gülənlə bağlı hüquqi prosedura başlanılacaq“
29 Aprel 2014 13:14 (UTC+04:00)
Hazırda Birləşmiş Ştatlarda yaşayan din xadimi Fətullah Gülən barəsində hüquqi prosedura başlanılacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Baş nazir qeyd edib ki, F.Gülən ABŞ-dan Türkiyəyə ekstradisiya ediləcək.
Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan F.Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ isə bildirmişdi ki, F.Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Nazir bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini demişdi.
AzNews.az