“Liverpul“, “Fənərbağça“ və “Anderlext“ Azərbaycana gəlir

29 Aprel 2014 14:48 (UTC+04:00)
29 may - 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək III Qəbələ Kuboku beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub.

AzNews.az-ın "Qəbələ" klubunun saytına istinadən verdiyi məlumata görə, "Fənərbağça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Marsel" (Fransa) və "Anderlext"in (Belçika) ardından "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) klubları da turnirdə yer alacaqlarını rəsmən təsdiqləyiblər.

Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq bütün komandalar dəqiqləşib.

Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Builki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa, İtaliya və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.

AzNews.az