“Neft Daşları“ yatağında yeni quyu istismara verildi
29 Aprel 2014 16:00 (UTC+04:00)
"Neft Daşları" yatağındakı 2150 nömrəli dərin dəniz özülündən 2150 nömrəli quyu qazmadan sonra istismara verilib.
AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qırməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1663-1648 metr intervaldan fontan üsulu ilə sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
AzNews.az