Tamaşaçını Baloğlan Əşrəfova görə həbs ediblər
30 Aprel 2014 07:45 (UTC+04:00)
Əməkdar artist Baloğlan Əşrəfov qonağı olduğu "Düz üzünə" verilişində sovet dövründə filarmoniyada verdiyi konsert haqda maraqlı açıqlama verib. AzNews.az-ın xəbərinə görə, müğənni bildirib ki, Maestro Niyazinin təşkilatçılığı ilə verdiyi konsertdə tamaşaçılar zalın şüşələrini sındırıblar:
"Sonra həmin tamaşaçıları həbs elədilər. Niyazi dedi ki, həmin tamaşaçılar burdan inventar oğurlamaq üçün şüşələri sındırmayıblar. Niyazinin müdaxiləsindən sonra o, insanları azad etdilər".
İntiqam
AzNews.az