Temperatur 28 dərəcəyə yüksələcək

30 Aprel 2014 10:41 (UTC+04:00)
Sabah Azərbaycan ərazisində havanın temperaturu 28 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, mayın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-14, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Mayın 1-də Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb rayonlarından başlayaraq, arabir şimşək çaxacaq, qısamüddətli yağış yağacağı ehtımalıı var. Şəqr küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

AzNews.az