Bakıda dəm qazından 860 nəfər zəhərlənib - STATİSTİKA

30 Aprel 2014 12:10 (UTC+04:00)
Bu ilin qış ayları ərzində dəm qazından zəhərlənənlərin statistikası açıqlanıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova AzNews.az-a bildirib ki, bu ilin yanvarın 1-dən aprelin 29-dək Bakıda dəm qazından zəhərlənməyə görə, təcili yardıma 860 müraciət daxil olub: "Müraciətlər paytaxtın müxtəlif ərazilərini əhatə edib. Nəticədə 622 xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ev şəraitində yardım göstərilib".

Z. Vahidova deyib ki, ötən ilə nisbətən bu il dəm qazından zəhərlənməyə görə müraciətlərin sayı azalıb.

Amid
AzNews.az