Gürcüstanda silahlı toqquşmalar davam edir

1 Sentyabr 2012 14:03 (UTC+04:00)
Gürcüstanın Telavi rayonunda naməlum silahlılara qarşı əməliyyat yenidən başlanıb. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, əməliyyatın yenidən bərpa olunmasına səbəb yerli sakinlərin ərazidə 6 silahlı şəxs gördükləri barədə polisə müraciət etməsi olub.

Gürcü hüquqmühafizə orqanları hesab edirlər ki, həmin 6 silahlı şəxs Lopota kəndində atışmalar zamanı qaçan silahlılardır. Qeyd edək ki, Gürcüstan Rusiya sərhədi yaxınlığında yerləşən Lopota kəndində silahlılara qarşı keçirilən əməliyyat zamanı 11 silahlı öldürülmüş 6-sı isə qaçmağa müvəffəq olmuşdu.

Sadiq
AzNews.az