Quşlar hava limanında çaxnaşma yaratdı

30 Aprel 2014 21:28 (UTC+04:00)
Bu gün günorta vaxtı Atatürk hava limanında səmada uçan quşlar Türk Hava Yollarının təyyarələrinə çətin anlar yaşadıb.

ANS PRESS-in verdiyi məlumata görə, İstanbul - TK 1668 nömrəli Türk Hava Yollarının Hamburg-İstanbul reysini edən təyyarəsi uçuş əsnasında quş sürüsünün içinə girib.

Quş sürüsünün içinə girən təyyarə məcburi eniş etmək məcburiyyətində qalıb. Çarpılma nəticəsində ölən quşlar ucuş üçün hazırlanan TK 1638 nömrəlı Münhen və 1598 nömrəlı Frankfurt təyyarələrinə də çətin anlar yaşadıb.

Hava limanının sanitar əməkdaşları ölən quşları yığaraq təmizlik işi apardıqdan sonra təyyarələr Atatürk hava limanında uçuşlarını reallaşdırıb.

Təmizləmə əsnasında uçuşlar 15 dəqiqə müddətə dayandırılıb. Bu vaxt edilən yoxlamalarda Hamburg-İstanbul səfərini edən təyyarənin mühərrikinə quş girdiyi aşkar edilib. Təyyarə anqara aparılıb.

AzNews.az