Ərdoğandan 1 may mesajı

1 May 2014 07:27 (UTC+04:00)
"1 may bayramının zorakılıqdan, vandalizmdən, insidentdən uzaq qeyd edilməsi ən böyük arzumuzdur". Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Millətə xidmət yolunda" adlı tele müraciətində deyib. Ərdoğan, hökumət olaraq zəhmətkeşlər üçün bu günü rəsmi tətil günü elan etdiklərini xatırladıb.

"Bu gün zəhmətkeşlər üçün böyük əhəmiyyəti olan 1 may gününü qeyd edəcəyik. Bildiyiniz kimi, 2008-ci ildə hökumət olaraq 1 mayı zəhmətkeşlərin həmrəylik günü kimi biz tətil elan etdik. Bu günün zorakılıqdan, vandalizmdən, insidentdən uzaq şəkildə, bir əmək, demokratiya və həmrəylik mərsimi kimi qeyd olunması ən böyük arzumuzdur. Keçmişdə baş vermiş bəzi xoşagəlməz hadisələrin bir daha baş verməsini istəmirik".

Bayramı qeyd edənlərə müraciət edərək hər cür təxribatdan uzaq olmalarını istəyən Ərdoğan sonda hər kəsin 1 may zəhmətkeşlərin həmrəylik bayramını təbrik edib. (anspress)