Casusluq edən hərbi attaşe tutuldu: O, ölkədən qovulur
1 May 2014 07:30 (UTC+04:00)
Rusiyanın Ukraynadakı səfirliyinin hərbi-dəniz üzrə attaşesi "persona non-qrata" edilir. AzNews.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bununla bağlı açıqlamada bildirilib ki, Rusiya səfirliyinin hərbi-dəniz attaşesi diplomatik statusa uyğun olmayan, beynəlxalq konvensiyaları pozduğuna görə, "persona non-qrata" elan edilir: "Ukrayna Təhlükəsizlik Xidmətinin aprelin 30-da apardığı uğurlu əks-kəşfiyyat əməliyyatı nəticəsində rusiyalı diplomatın casusluq fəaliyyəti aşkarlanaraq, saxlanılıb. Yaxın saatlarda o Ukrayna ərazisindən çıxarılacaq".
Ukrayna Xarici İşlər Nazirliyi casusluqda ittiham olunaraq, ölkədən qovulan rusiyalı hərbi diplomatın adını açıqlamayıb.
Əhməd
AzNews.az