Bakıda axtarışda olan 4 nəfər tutuldu

1 May 2014 08:00 (UTC+04:00)
Bakıda axtarışda olan 4 nəfər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub.
Belə ki, Suraxanı Rayon Polis İdarəsi (RPİ) 32-ci polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mədinə Rəhimova tutulub.

Nərimanov RPİ Cinayət-Axtarış Şöbəsi və 18-ci PB əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Musa Məmmədov tutulub. Dələduzluğa görə axtarışda olan digər şəxs Asəf Seyidov isə Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Kəmalə Qarayeva tutulub.

AzNews.az