Bakıda metroda problem: sərnişinlər təxliyə olundu

1 May 2014 08:06 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib.

Hadisə nəticəsində "Həzi Aslanov" stansiyasından "Nərimanov" stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb.

"Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər", - deyə qurumdan bildirilib.

AzNews.az