Bakıda maşın evakuatordan aşdı- FOTOLAR

1 May 2014 14:01 (UTC+04:00)
Artıq neçənci dəfədir ki, paytaxt ərazisində maşın saxlamaq qadağan olan yerlərdən evakuator vasitəsilə aparılan avtomobillərin aşırıldığının şahidi oluruq.

"Axar.az" xəbər verir ki, bu dəfə də eyni hadisə paytaxtın Yasamal rayonunun İnşaatçılar metrosuna yaxın ərazisində qeydə alınıb. "Mersedes" markalı minik avtomobilini daşıyan 90-JM-007 dövlət nömrə nişanlı evakuator avtomobili yolda aşırıb.