Putinin pasport siyasətinə Azərbaycandan reaksiya

1 May 2014 14:52 (UTC+04:00)
"Əvvəllər olduğu kimi hazırda da ayrı-ayrı şəxslər Rusiya, eləcə də digər dövlətlərin vətəndaşlığından çıxmaq və ya vətəndaşı olmaq üçün həmin ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə müraciət edirlər. Lakin bu halın kütləvi xarakter daşıması barədə Dövlət Miqrasiya Xidmətində hər hansı bir məlumat mövcud deyildir".

Bu barədə Dövlət Miqrasiya Xidmətindən Aktual.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Xatırladaq ki, mətbuatda Quba və Xaçmaz rayonlarında yaşayan sakinlərin Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlaması haqda məlumat yayılıb.

Rusiyanın Azərbaycandakı səfirliyindən faktı təsdiqləyiblər. "Rusiya vətəndaşlığını qəbul etmək istəyən Azərbaycan vətəndaşlarının olması doğru xəbərdir və bizə həddən artıq çox müraciətlər var. Dəqiq statistikanı isə hazırda verə bilmərik, çünki rəqəmlər hər an dəyişir" - deyə, diplomatik nümayəndəliyin açıqlamasında bildirilir.

AzNews.az