Merkel Putindən kömək istədi

1 May 2014 15:04 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinlə Almaniyanın federal kansleri Anqela Merkel arasında telefon danışığı olub. AzNews.az-ın Rusiya Prezidentinin saytına istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı Ukraynadakı vəziyyət müzakirə edilib.

A. Merkel V. Putindən Almaniyada daxil olmaqla, Avropa dövlətlərindən olan ATƏT-in monitorinq missiyasının Ukraynanın cənub-şərqində saxlanılan müşahidəçilərinin azad edilməsində əməkdaşlıq etməsini xahiş edib. V. Putin isə öz növbəsində bildirib ki, hazırda ən önəmli məsələ Ukrayna hərbi qüvvələrinin cənub-şərq vilayətlərindən çıxarılması, işgəncənin dayandırılması, təcili olaraq konstitusiya reformları çərçivəsində geniş milli dialoqlara başlanılması əhəmiyyətlidir. Bu proses isə bütün bölgələri və siyasi qüvvələri əhatə etməlidir. Federal kanslerin dəftərxanasından isə telefon danışıqları ilə bağlı heç bir açıqlama verilmir.

Aydan Axundov
AzNews.az