Dəhşətli qəza - “KAMaz“ körpüdən aşdı

1 May 2014 18:24 (UTC+04:00)
Xaldan-Ağdaş magistralının üstündə yerləşən təzə inşa edilmiş körpüdən "KAMAZ" markalı yük avtomobili çaya aşıb.

ANS PRESS-in hadisə yerində olan şahidlərin verdiyi məlumata görə, qəza nəticəsində magistral yol bağlanıb.

Sürücülər alternativ yollardan istifadə edir.

Hadisə yerində olan FHN-nin texnikası çaya düşən "KAMAZ" markalı yük avtomobilini çaydan çıxartmaga çalışır.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırmalar davam edir.


AzNews.az