Tanınmış jurnalistə itki

2 May 2014 08:43 (UTC+04:00)
Tanınmış jurnalist, "musavat.com" xəbər saytının baş redaktoru Xalid Kazımlya ağır itki üz verib. AzNews.az-ın məlumatına görə, jurnalistin 26 yaşlı yaxın qohumu dünən gecə avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə jurnalist "Facebook" profilində yazıb: "Çox pis hadisə baş verdi: Şəkildə "təzyiqimi ölçən" bu 3 yaşlı körpənin 26 yaşlı atası dünən gecə yol qəzasında öldü... Sürət və ehtiyatsızlıq hər gün nə qədər körpəni yetim qoyur". Allah rəhmət eləsin!

İntiqam
AzNews.az