Aksiya keçirən solçular məhkəməyə aparıldı

2 May 2014 10:38 (UTC+04:00)

1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə paytaxtın mərkəzi küçələrində aksiya keçirmək istəyərkən saxlanılan solçu gənclər məhkəməyə aparılıb.

Səbail rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, aksiyada 4 nəfər saxlanılıb və hazırda onlar Səbail rayon Məhkəməsinə aparılıblar. Saxlanılan şəxslər inzibati qaydada cəzalandırılacaqlar.
Qeyd edək ki, mayın 1-də saat 17:00-da Sabail rayonu Nizami Gəncəvi küçəsində yürüş etmək istəyən gənclərin aksiyası polis tərəfindən dağıdılıb. Bir neçə gənc saxlanılaraq, 9-cu Polis Bölməsinə aparılıb.

İntiqam Valehoğlu
AzNews.az