Oqtay Əsədov: “Hərdən xəcalət çəkirəm“

2 May 2014 10:40 (UTC+04:00)
Azərbaycan Milli Məclisinin sədri bəzi televiziyaların parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirib.

APA-nın məlumatına görə, parlamentin bugünkü iclasında O. Əsədov qeyd edib ki, bəzi mətbuat, xüsusilə TV var ki, Milli Məclisi rüsvay edir.

O buna görə deputatları da qınayıb: "Aranızda eləsi var ki, gedib müsahibə verirsiniz elə televiziyaya. Niyə? Getməyin də..."

O. Əsədov mətbuata mesaj da yollayıb: "Çox təəssüf ki, Azərbaycan mətbuatında ürəkaçan heç nə görmürəm. Hərdən xəcalət çəkirəm. Öz özümə deyirəm: Görəsən bu mənim millətimdir?"

AzNews.az