Ukraynada səfərbərlik – 18-dən yuxarı hamı orduya çağırılır
2 May 2014 11:52 (UTC+04:00)
Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandır Turçinov ölkədə yaranmış vəziyyətlə bağlı hərbi çağırışla bağlı sərəncam imzalayıb.
AzNews.az-ın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı imzalanan sərəncamda bildirilib ki, Ukraynanın cənubunda və şərqində ictimai-siyasi vəziyyətin kəskinləşməsi respublikada hərbi xidmətə təcili çağırışın elan edilməsinə səbəb olub. Çağırışçılar silahlı qüvvələrin və ölkənin digər hərbi birləşmələrinin tərkibinə daxil ediləcək.
Sərəncamda o da qeyd olunub ki, çağırışçılara möhlət və ya təhsilə görə, hərbi xidmətdən azad edilmə haqları da verilməyəcək.
Aydan Axundova
AzNews.az