Ukraynada seperatçılar geri çəkilir- VİDEO

2 May 2014 13:47 (UTC+04:00)
Ukrayna xüsusi təyinatlıları Slavyansk şəhərinin böyük hissəsini nəzarətə götürüb. AzNews.az-ın məlumatına görə, Ukrayna Hərbi-Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Tımçuk bildirib ki, Ukrayna qoşunlarının bu səhər Slavyanskda başladıqları anti-terror əməliyyatı zamanı rusiyameyilli separatçılar ələ keçirdikləri ərazilərdən çəkilmək məcburiyyətində qalıblar.

Onun sözlərinə görə, hazırda separatçıların yaratdıqları postlar dağıdılır. Artıq şəhər telemərkəzi terrorçulardan təmizlənib: "Terroristlər qaçmağa çalışırlar. Seperatçıların əsas müqavimət məkanları şəhərin cənub-şərqində qeydə alınıb".



Aydan Axundova
AzNews.az