Hüseyn Arifin 90 illik yubileyi keçiriləcək

2 May 2014 17:34 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.


AzNews.az