Kılıçdaroğlu: “Ərdoğan nə desə, Gül qəbul edəcək”

3 May 2014 08:18 (UTC+04:00)
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident Abdullah Gül barədə maraqlı fikirlər səsləndirib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya sədri ölkə başçısını sərbəst qərar verə bilməməkdə ittiham edib. Kılıçdaroğlu bir qədər də irəli gedərək Gülün bu "özəlliyinin" səbəbini də açıqlayıb:

"Abdullah Gül baş nazir Ərdoğana qarşı minnət hissi ilə dolu olduğundan sərbəst qərar verə bilmir. Ərdoğan nə desə, qəbul edəcək".

Qeyd edək ki, CHP Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının əsas rəqibi hesab olunur.

İntiqam Valehoğlu
AzNews.az