Kramatorsk alova büründü: Şəhərdə döyüş başladı – Video

3 May 2014 09:53 (UTC+04:00)
Ukrayna Silahlı Qüvvələri ölkənin Donetsk vilayətinin Kramatorsk şəhərində antiterror əməliyyatına başlayıb.

AzNews.az-ın məlumatına görə, hökumət qüvvələri şəhərdə dövlət qurumlarını ələ keçirən rusiyameyilli separatçılara qarşı hücum əməliyyatı həyata keçirir.

Səhərə yaxın saatlarda başlanan əməliyyatda ölən və yaralananların olduğu bildirilir. Separatçılar 10-larla tərəfdarının yaralandığını artıq bəyan ediblər. Şəhər xəstəxanasında işləyən həkimlərdən biri deyib ki, 2 nəfər aldığı güllə yarasından dünyasını dəyişib.



Əhməd
AzNews.az