Amaliya Pənahova "bığlı" vaxtlarından danışdı- FOTOLAR

3 May 2014 10:00 (UTC+04:00)
Xalq artisti Amaliya Pənahova yenidən medianın gündəmindədir.

AzNews.az xəbər verir ki,aktrisa "ATV maqazin"ə verilişinə açıqlamasında bildirib ki, işinə görə əməliyyat etdirib: "Amma insanlar isə bunu başa düşmür. Yeni imicimdən danışan aktyor və aktrisalar özlərini şoumenlərlə qarışdırırlar. Onlar gündəmdə qalmaq üçün qeyri-adi nəsə edirlər, şayiələr yayırlar. Lakin müxbirlər bu söz-söhbətlərin kimə yapışıb-yapışmayacağını düşünməlidirlər. Dəyərli aktyorumuz Həsən Məmmədovun saçları erkən ağarmışdı. Bir dəfə gördük ki, saçları qıpqırmızı gəzir. Sənət adamları onu başa düşdü. Adi insanlara bu şok təsiri bağışladı, dedilər ki, kişi başına xına qoyar? Sonra gördük ki, o "İstintaq" filminə çəkilib".

Pənahova bildirib ki, 40 yaşında 75 yaşlı qadın obrazını oynayıb: "Qərib cinlər diyarında" filminə çəkildim. Orada üzü tüklü, bığlı, yarıçılpaq qadın obrazını canlandırdım, lakin heç kim məni günahlandırmadı. O mən deyildim ki, obraz idi. Sənətimin xatirinə, sevdiyim obraza görə lazım olsa, başımı keçəl də edəcəm. Mən hər şeyi sənətim üçün edirəm".







İntiqam
AzNews.az