ATƏT-in müşahidəçiləri girovluqdan azad edildi- FOTO= VİDEO

3 May 2014 11:25 (UTC+04:00)
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində rusiyameyilli separatçılar tərəfindən girov götürülən ATƏT-in müşahidə missiyasının üzvləri azad edilib. Rusiya prezidentinin Ukrayna üzrə səlahiyyətli nümayəndəsi, səfir Vladimir Lukin bildirib ki, onun siyahısında olan 12 nəfərin hamısı azad olunub. Lakin V. Lukin onların hansı şərtlərlə azad edildiyi haqda açıqlama verməyib.

Xatırladaq ki, ATƏT-in 7 nümayəndəsi və onları müşayət edən Ukrayna zabitlər aprelin 25-də Slavyanskda saxlanılıb. Onları cəsusluqda ittiham edirdilər.

VİDEONU BURADAN İZLƏYİN.

Aydan Axundova
AzNews.az