Avtomobil yolu bir neçə hissədə çökdü

3 May 2014 11:48 (UTC+04:00)
Bakıda Zabrat dairəsi-Maştağa-Buzova avtomobil yolunun 15-ci km-də (Buzovna ərazisində) bir neçə hissədə çökmə baş verib. "APA-Economics"in məlumatına görə, hazırda kommunikasiya işləri ilə bağlı qazıntı işləri aparılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev qeyd edilən ərazidə bir neçə hissədə çökmə baş verdiyini təsdiqləyib.

O əlavə edib ki, hazırda ərazidə müvafiq işlər görülür.

AzNews.az