Türkiyənin növbəti prezidenti barədə AKP - dən - Açıqlama

4 May 2014 19:58 (UTC+04:00)

"Media da, xalq da bilir ki, AKP-nin namizədi kim olsa, o da prezident seçiləcək. Bu məsələdə heç bir tərəddüd və narahatlıq yoxdur".

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Türkiyə baş nazirinin müavini Bülənt Arınc ölkəsində prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədinin kim olacağı ilə bağlı açıqlama verib.

"Prezidentliyə namizədimizin yüz faiz Rəcəb Tayyip Ərdoğan olduğunu bilir və buna inanırıq.
Bu məsələ ilə bağlı fərqli fikir söyləyən bir neçə nəfər ola bilər, onların da özlərinə görə mülahizələri var. Amma bu vəzifəyə 12 il sonra yüz faiz haqqı çatan, başımızı göylərə dəydirəcək qədər böyük uğurların sahibi olan bir insanın artıq Türkiyədə ilk dəfə xalqın səsiylə seçilən Prezident olmasını hamımız arzu edirik", - deyə B.Arınc bildirib
Müxalifət partiyalarının üzvlərindən də səs alacaqlarını deyən B. Arınc qeyd edib ki, onun təxminlərinə görə, MHP elektoratının üçdə biri, CHP elektoratının isə 20 faizi prezident seçkilərində AKP-nin namizədini dəstəkləyəcək.

Əli
AzNews.az