Yanukoviç 140 milyonunu da itirdi – Qərar

5 May 2014 08:30 (UTC+04:00)
İsveçrə məhkəməsi Ukraynanın vəzifəsindən kənarlaşdırılmış prezidenti Viktor Yanukoviçin maliyyə aktivləri ilə bağlı qərar qəbul edib.

AzNews.az-ın məlumatına görə, məhkəmənin mayın 4-də keçirilən iclasında İsveçrə Federal Prokurorluğunun aktivlərin dondurulması ilə bağlı iddiası təmin olunub.Bununla da Viktor Yanukoviç tərəfindən və onun yaxınlarına aid olduğu ehtimal olunan bank aktivləri dondurulub.
Həmçinin, Prokurorluq çirkli pulların yuyulmasında şübhəli bilinən sabiq prezidentin 5 yaxınına qarşı cinayət işi açıb.

Dondurulmuş hesablardakı ümumi məbləğ 170 milyon İsveçrə frankı təşkil edir (təxminən 140 milyon avro).

Dondurulmuş aktivlərin əksəriyyəti 2014-cü ilin fevralında İsveçrə hakimiyyəti tərəfindən qadağan olunmuş bank hesabları ilə üst-üstə düşür.

Bu hesablara V.Yanukoviç və oğlu Aleksandır da daxil olmaqla ona yaxın olan 20 nəfərin aktivləri də aid edilib.

Aydan Axundova
AzNews.az