32 dərəcə isti olacaq

5 May 2014 10:59 (UTC+04:00)
Sabah Azərbaycanın bəzi rayonlarında havanın temperaturu 32 dərəcəyədək yüksələcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, mayın 6-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerdlərə zəif duman olacaq. Cənub küləyi əsasən axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da mayın 6-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində əsasən yağmursuz hava şəraiti hökm sürəcək.

AzNews.az