Leyla Yunus ABŞ səfirliyindədir

5 May 2014 11:26 (UTC+04:00)
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hazırda ABŞ-ın Azərbaycandakı səfirliyindədir.

Hüquq müdafiəçisinin səfir Riçard Morninqstarla görüşü planlaşdırılıb. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu barədə Müsavat.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, səfir ABŞ-Azərbaycan əməkdaşlığı ilə bağlı Vaşinqtonda keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəsində olduğu üçün Bakıya dönəndən sonra L.Yunusla bağlı baş verənlərlə şəxsən maraqlanıb. Odur ki, hüquq müdafiəçisi elçiliyə dəvət olunub.

Xatırladaq ki, jurnalist Rauf Mirqədirovun həbsindən sonra adları "erməni işi"ndə hallandırılan Leyla və Arif Yunus hava limanından geri qaytarılıb və onların da həbs oluna biləcəyi barədə xəbərlər dolaşır.

AzNews.az