Əbülfəs Qarayevə müraciət olundu

5 May 2014 13:24 (UTC+04:00)
Söz Azadlığını Müdafiə Fondu (SAMF) mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edib. SAMF-dan AzNews.az-a verilən məlumata görə, müraciətdə 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində 1983-cü ildən fəaliyyət göstərmiş, dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Ağdam Çörək Muzeyinin bərpasına kömək edilməsi təklif olunur.

Müraciətdə qeyd edilib ki, 1983-cü ildən fəaliyyət gostərən Ağdam Çörək Muzeyi ilə bağlı fondun əməkdaşı Vüqar Tofiqlinin müəllifliyi ilə əlahiddə olaraq geniş məzmunlu tədqiqat işləri aparılıb. Ötən il isə dünyada ikinci olan muzeyin fəaliyyətə başlamasının 30 illiyi tamam olub: "SAMF əməkdaşlarının layihələr çərçivəsində apardıqları çoxsaylı araşdırmalar zamanı məhz bu muzeylə bağlı əldə edilmiş iyirmidən artıq eksponat fondun arxivində saxlanılır. Odur ki, dünyada ikinci olan Agdam Çörək Muzeyinin bərpası ilə bağlı atacağınız hər bir addımı alqışlayır və vətəndaş cəmiyyətinin bir təmsilçisi kimi bu addıma dəstək verməyə hazır olduğumuzu bildiririk".

AzNews.az