XİN Macarıstana cavab notası hazırlayır

3 Sentyabr 2012 08:39 (UTC+04:00)
Xarici İşlər Nazirliyi Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Macarıstanın Azərbaycana göndərdiyi notaya cavab verəcək. Bu barədə XİN-in mətbuat xidmətindən AzNews.az verilən məlumatda bildirilir ki, Macarıstanın göndərdiyi notaya cavab olaraq nazirlik rəsmi məlumat yayacaq.

Qeyd edək ki, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet sentyabrın 2-də Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevlə görüşərək Ramil Səfərovun əfv edilməsi ilə bağlı narahatlıqlarını bildirib və bu ölkənin diplomatik notasını səfirə təqdim edib.

AzNews.az