Slavyanskda meşədə gizlənən separatçılarla döyüş başladı
5 May 2014 15:13 (UTC+04:00)
Donetsk vilayəti Slavyansk şəhərində güc struktutları 800-ə yaxın silahlı separatçının toplaşdığı ərazini aşkar ediblər. AzNews.az-ın "İnterfaks-Ukrayna"ya istinadən verdiyi məlumata görə, hökumət qüvvələri silahlı separatçıları zərərsizləşdirməkdən ötrü əməliyyata başlayıblar.
Ukrayna daxili işlər naziri Arsen Avakov özünün "Facebook" səhifəsində məlumat verib ki, hərbçiləri arasında həlak olanlar var. Ölənlərin dəqiq sayı isə hazırda dəqiqləşdirilir: "Günortaya yaxın saatlarında antiterror əməliyyatları gedişində güc strukturları terroristlərin gizləndiyi ərazini aşkarlayıblar. Terrorçular iriçaplı silahlardan atəş açır, minomyot və digər texnikadan isttifadə edirlər. Şəhərdə kilsə zəngləri çalınır, vətəndaşlara xəbərdarlıq edən həyəcan siqnalları qoşulub. Terrorçular hərbçilər hərəkət edə bilməməsi üçün yollara ağac düzüblər".
Xatırladaq ki, Ukrayna hökuməti rusiyameyilli separatçı qüvvələri zərəsizləşdirməkdən ötrü geniş miqyaslı antiterror əməliyyatklarına start veriblər.
Aydan Axundova
AzNews.az