Gülər Əhmədovanın müdiri danışdı
5 May 2014 17:12 (UTC+04:00)
Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, deputat Bəxtiyar Əliyev sabiq deputat Gülər Əhmədovanın azadlığa buraxılmasından danışıb.
AzNews.az xəbər verir ki, Bəxtiyar Əliyev Teleqraf.com-a açıqlamasında məhkəmənin qərarına hörmət etdiyini söyləyib: "Buraxılıb, görünür, məhkəmə belə hesab edib. Biz həmişə məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq".
G.Əhmədovanın yenidən B.Əliyevin rəhbərlik etdiyi kafedrada müəllim işləyib-işləməyəcəyinə gəlincə, millət vəkili deyib: "Bu məsələni Gülər Əhmədova və universitet həll edəcək. Bizim səlahiyyətimizdə olan məsələ deyil".
AzNews.az