Bakı Metrosunda daha bir ŞOK: 2000 nəfər təşviş içində- FOTOLAR (Yenilənib)

6 May 2014 07:36 (UTC+04:00)
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Elmlər Akademiyası" stansiyasında təşviş yaşanıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, təşvişə səbəb "Elmlər Akademiyası" stansiyasının eskalatorunun işləməməsi olub.

Stansiyadan sərnişinləri çıxarmaq üçün nəzərdə tutulan eskalator yarım saatdır dayanıb və bunun işə salınması üçün heç bir təcili tədbir görülmür.

Nəticədə 2000 mindən çox şəhər sakini stansiyanı tərk edə bilmir və bu da sərnişinlər arasında ciddi narahatlıq yaradıb.(09.05)

***
"Bakı Metropoliteni" QSC-nin "Elmlər Akademiyası" stansiyasında eskalatorda yaranan problem öz həllini tapıb.

Saat 08:55 radələrində metronun giriş- çıxış hissəsində yaranan nasazlıq aradan qaldırılıb.

Xatırladaq ki, bu gün saat 08:30 radələrində "Elmlər Akademiyası" stansiyasında çıxış istiqamətində eskalatorda problem yaranmışdı.
"Bakı Metropoliteni" QSC-dən təsdiq ediblər ki, sözügedən problem eskalatorda baş vermiş nasazlıq nəticəsində olub.



Amid
AzNews.az