NIDA-çıların məhkəməsində gərginlik - FOTOLAR

6 May 2014 10:38 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Teleqraf.com-un məlumatına görə, məhkəmə qarşısına NİDA-çıların valideynləri, siyasi partiyaların funksionerləri və gənclər toplaşıb. Polislərlə məhkəməyə gələnlər arasında məhkəmə binasının önündə qarşıdurma olub. Polis plakatların yığışdırılmasını tələb edib. Bu zaman gərginlik yaşanıb.

Qeyd edək ki, prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edib.

"Nida"çılar dövlət ittihamçısının bu çıxışına etiraz olaraq aclıq aksiyasına başladıqlarını elan ediblər. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

AzNews.az