Neftçinin rəqibləri üçün 3:1 və 1:3

3 Sentyabr 2012 09:19 (UTC+04:00)
Azərbaycan çempionu "Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən ikisi bu gün ölkə çempionatında növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bunlar İtaliyanın "İnter" və Serbiyanın "Crvena Zvezda" klubları idi.

"Partizan" Serbiya çempionatının 4-cü turu çərçivəsində Belqrad derbisində OFK klubunun qonağı olub. Qonaqlar əzmkar qələbəyə seviniblər. 41-ci dəqiqədə hesabı açan OFK cəmi 3 dəqiqə sonra azlıqda qalıb. Məhz bundan yararlanan "Partizan" fasilədən sonra 3 qol vurub. Markoviç (50) və Skepoviçin (80) qolları, eləcə də Qasiçin avtoqolu (62) 3:1 hesablı qələbəni rəsmiləşdirib. "Neftçi"nin rəqibi 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb.

"İnter" isə A Seriyasının 2-ci turu çərçivəsində "Roma" ilə qarşılaşıb. Milanda baş tutan görüşdə "İnter" ikinci, paytaxt klubu ilk qələbəsini qazanmaq iddiasında idi. Görüşdə hesabı 15-ci dəqiqədə qonaqlar açıblar. 45-ci dəqiqədə isə Kassano "İnter"in cavab qoluna imza atıb. 67 və 81-ci dəqiqələrdə "Roma" daha iki qol vurmaqla "Neftçi"nin rəqibinə qalib gəlib.

AzNews.az