Daha bir Ermənistan vətəndaşı öz ölkəsinə qaytarıldı

6 May 2014 11:56 (UTC+04:00)
Azərbaycan daha bir Ermənistan vətəndaşını öz ölkəsinə qaytarıb.

APA-nın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən verdiyi məlumata görə, 20 aprel 2014-cü il tarixdə Azərbaycanın Füzuli rayonu, Əbdürrəhmanlı kəndi istiqamətində saxlanılan erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç bu gün Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

AzNews.az