Ziya Məmmədovun bankında ixtisarlar

6 May 2014 13:53 (UTC+04:00)
"Son bir neçə gündə Bank of Azerbaijan"da kütləvi ixtisarlar aparılıb. Ötən həftənin cümə günündən başlayaraq bu günə qədər 100-ə yaxın şəxs işdən çıxarılıb. Səbəb kimi isə bankın ciddi maliyə problemləri yaşadığı göstərilir".

Bunu "AZƏRFAKS"a "Bank of Azerbaijan"dakı mötəbər mənbə məlumat verib. Onun sözlərinə görə, bankın baş ofisindən yerli şöbələrə işçiləri öz hesablarına məzuniyyətə göndərmək barədə tapşırıq verilib. "Artıq xeyli müddətdir ki, əməkdaşlara məvaciblərin veriləməsi ləngiyir. İşçilərə böyük məbləğdə borc yaranıb. Baş ofis maliyyə probleminin olduğunu gizlətmir. Açıq şəkildə deyirlər ki, bank atıq ayaqda dura bimir, kim istəyir özünə yeni iş tapsın. Aydındır ki, hərə özünə bir iş tapacaq. Problem işçilərə məvaciblərin verilməməsindədir. Fakt odur ki, bankımız müflis olmaq üzrədir. Bunun göstəriciləri artıq ortadadır".

Mənbə əlavə edib ki, əməkdaşların məvacibi verilməsə onlar pullarını bankın sahibindən tələb edəcəklər.

Qeyd edək ki, "Bank of Azerbaijan" nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altındadır.

Onu da qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl mətbuatda "Bank of Azerbaijan"dakı şübhəli maliyyə əməliyyatları barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda müğənni Abbas Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, A.Bağırovun adına böyük məbləğdə kredit rəsmiləşdirilsə də o, bu vəsaiti geri qaytarmayıb və nəticədə müğənniyə qarşı məhkəmə iddiası qaldırılıb.

Mənbə onu da bildirib ki, bankın yerli filiallarının fəaliyyətinin dayandırılacağı da gözlənilir.

"Bank of Azerbaijan"ın səhmlərini böyük hissəsi "Bağlan Group"un rəhbəri, Nəqliyyat naziri Ziya Məmmədovun şəriki "Hafka" ləqəbi ilə tanına iş adamı Hafiz Məmmədovun oğlanlarına məxsusdur: Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%) Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%) NEM Holdinq 335.000 AZN(0.67%) Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.

Bu dəqiqələrdə "Bank of Azerbaijan"la bağlı daha bir ilging məlumat əldə etdik. Xəbər yayına hazırlanır. Bir neçə dəqiqədən sonra diqqətinizə çatdıracağıq.

AzNews.az