Gülər Əhmədovanın oğlu: “Anamın harada olduğunu bilmirəm”

6 May 2014 15:40 (UTC+04:00)
Dünən şərti olaraq azadlığa buraxılan sabiq millət vəkili Gülər Əhmədovanın hazırda bağ evində istirahət etdiyi bildirilir. AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı keçmiş deputatın oğlu Toğrul Əhmədovla əlaqə saxlayıb. T.Əhmədov anasının harada olduğunu bilmədiyini deyib:
"Hazırda anamın harada olduğunu bilmirəm. Ümumiyyətlə, bu barədə danışmağa ixtiyarım yoxdur".

Qeyd edək ki, sabiq millət vəkili G.Əhmədova ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı "rüşvət videoları"na görə saxlanılaraq barəsində 3 illik azadlıqdan məhrum etmə qərarı çıxarılmışdı. O, dünən dünən şərti olaraq azadlığa buraxılıb.


İntiqam Valehoğlu
AzNews.az