Ali Rada referenduma “yox” dedi

6 May 2014 15:54 (UTC+04:00)
Ukrayna Ali Radası ölkədə refendum keçirilməsi ilə bağlı təklifi təmin etməyib. AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Ali Rada mayın 25-də keçiriləcək prezident seçkiləri zamanı "Referendumun keçirilməsinə dair" Qanun layihəsinin qəbul etməyib.

Parlamentdə böyük çoxluq referendumun ancaq ölkədə stabilliyin bərpa olunmasından sonra keçirilə biləcəyini deyiblər və müharibə şəraitində bunun mümkünsüzlüyü diqqətə çatdırılıb. İclasda parlamentin bu qərarına etiraz edən Ukrayna Kommunist Partiyasından olan deputatlar Ali Radanın zalından qovulub.


Aydan Axundova
AzNews.az