Gürcü rəsmiləri “genosid” abidəsini ziyarət etdilər - İrəvanda

6 May 2014 18:56 (UTC+04:00)
İrəvanda Gürcüstan hərbi polisinin rəisi Kaxaber Çixradze və onu müşayiət edən nümayəndə heyəti burada saxta erməni soyqırımı memorialını ziyarət edib.

Erməni mediasına istinad edən Musavat.com xəbər verir ki, gürcü qonaqlar bu gün "genosid" qurbanlarını xatirəsini 1 dəqiqəlik sükutla yad edib və əbədi məşəl önünə gül-çiçək düzüblər.

Xəbərin özəlliyi ondadır ki, İrəvanda uydurma məsələ ilə bağlı bu anti-Türkiyə jestləri sərgilənərkən Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçirilirdi. Prezident Abdulla Gül bu gün Gürcüstanının ərazi bütövlüyü dəstəkləyən bəyanat da verib.

AzNews.az