Rusiyalı musiqiçi İrəvanda özünü öldürdü

6 May 2014 21:22 (UTC+04:00)

İrəvana qastrola gələn Rusiyadan olan musiqiçi həyatına qəsd edib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı Pavel Almazov mayın 5-dən 6-na keçən gecə saat 01:40-da hündürmərtəbəli binanın damından özünü atıb. Bəzi məlumatlara görə, o, intihar etməzdən əvvəl arvadına "mən artıq həyatda olmayacağam" mesajını yollayıb.
Rusiyadan olan musiqiçinin Ermənistan paytaxtında həyatına qəsd etməsinin səbəbləri hələ ki açıqlanmayıb.

AzNews.az