Rafiq Hüseynov yenidən Türkiyəyə gedir – Müayinə
7 May 2014 08:21 (UTC+04:00)
Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun səhhətində irəliləyişlər yaranıb. Bu barədə məlumatı AzNews.az-a o özü verib: "İndi özümü daha rahat hiss edirəm".
Xalq artisti bildirib ki, buna baxmayaraq, mayın 19-da yenidən Türkiyəyə getməlidir: "Bu xəstəlik elədir ki, vaxtaşırı müayinə olunmalıdır. Müalicənin necə effekt verməsini bilməliyik. Odur ki, heç olmasa 20 gündən bir həkim müayinəsindən keçmək lazımdır". Qeyd edək ki, Rafiq Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkir. O, xəstəliyilə əlaqədar Türkiyədə əməliyyat olunub.
Bahar Rüstəmli
AzNews.az