Aygün Kazımova canlı efirə idman formasında çıxdı

3 Sentyabr 2012 10:06 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova tamaşaçıları yenə də təəccübləndirdi. Qız futbolçularımıza dəstək olmaq üçün müğənni canlı efirə idman formasında çıxıb. Müğənni bu dəstəyi futbolçu qızlarımıza ilk dəfə eləmir.

Xatırladaq ki, bir neçə müddət əvvəl müğənni futbolçu qızlar üçün mahnı oxuyub və həmin mahnıya klip çəkdirmişdi. Bundan əlavə isə Türkiyə şou-biznesinə qatılan Aygün Kazımova Türkiyə mətbuatında da futbolçu qızlarımızı tanıdıb.

Əminə
AzNews.az